“Çelsi” klubunun müdafiəçisi Uesli Fofana UEFA Çempionlar Liqasının qrup mərhələsində “Milan”a qarşı keçirilən görüşdə zədələnib.
Offsideplus.az xəbər verir ki, futbolçu, aldığı zədə səbəbindən 6 həftə meydanlara çıxmaya bilər.
Dizindən zədələnən 21 yaşlı müdafiəçinin artıq müalicəsinə başlanılıb.