"Liverpul" klubu "Qalatasaray"ın 4 futbolçusu ilə yaxından maraqlanır. 

 Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin nümayəndələri Saşa Boey, Yunus Akgün, Kerem Aktürkoğlu və Nelssonun performanslarını izləyir. 

 İngiltərə klubu cari mövsüm ərzində adı çəkilən futbolçularla yaxından maraqlanacaq. Qərar mövsümün sonunda veriləcək.