"Mançester Siti" klubu futbolçusu Fil Fodenin müqaviləsinin müddətini artıracaq.

Offsideplus.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Xəbərə görə, "şəhərlilər" artıq ingiltərəli oyunçu ilə anlaşıb.

Qeyd edək ki, "Mançester Siti"nin yetirməsi olan Fil Fodenin hazırkı müqaviləsi 2024-cü ildə başa çatır.