"Mançester Siti"nin "Lester"dən transfer etdiyi Riyad Mahrezin müqavilə imzalama mərasimində maraqlı anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, Əl-Cəzairli ulduz mərasimə anası ilə birgə gəlib. Uşaqlığında atasını itirən Mahrez anası ilə Fransaya gələrək uzun bir müddət gecəqondularda yaşamalı olub. Olduqca çətin günlər keçirən ikili mətbuatın qarşısına da birlikdə çıxıb. Futbolçunun anasının da oğlu ilə yanbayan oturması və onu təbrik etməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Qeyd edək ki, 27 yaşlı Mahrez 2014-cü ildən "Lester"də çıxış edirdi.