Antonio Konte adının "Yuventus"la hallanması barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, "Tottenhem"in baş məşqçisi yayılan məlumatların hörmətsizlik olduğunu deyib:

"Bu, "Yuventus"un baş məşqçisi və mənim adıma hörmətsizlikdir. Mövsümə yeni start vermişik. "Tottenhem"dən məmnunam və burda keçirdiyim vaxtdan zövq alıram. Heç bir problem yoxdur".

Qeyd edək ki, italiyalı mütəxəssis "Qoca Sinyora"nın baş məşqçisi olacaq namizədlər arasında idi.