Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal"ın Kriştiano Ronaldonu transfer etmək istəməsi barədə xəbər vermişdik.

Offsideplus.az istinadən xəbər verir ki, "Əl-Hilal" 37 yaşlı futbolçu üçün 244 milyon avro dəyərində təklif göndərib. Klubun prezidenti Fahad bin Nafel qadağa səbəbindən portuqaliyalı ulduzu heyətlərinə qata bilmədiklərini açıqlayıb:

"Ronaldo ilə görüşdük. Problem pul deyildim. "Əl-Hilal" dünya ulduzlarını gətirməkdə çətinlik çəkmir. Problem transfer qadağası ilə üzləşməyimiz oldu".

Belə ki, klub Mohamed Kannonu heyətinə qatandan sonra maliyyə qaydalarına əməl etmədiyi üçün transfer qadağası ilə üzləşib.

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"lə müqaviləsinin müddəti gələn yay başa çatır.