“Çelsi” “Fulhem”in futbolçusu Lyuk Harrisi transfer etmək üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" 17 yaşlı oyunçu üçün qarşı tərəflə danışıqlar aparır. Bu barədə "Mirror" nəşri məlumat yayıb. Mənbəyə görə, klublar futbolçunun keçidi ilə bağlı anlaşmaya yaxındırlar.
“Çelsi”nin istedadlı yarımmüdafiəçi üçün 32 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Lyuk Harris bu mövsümdən "Fulhem"in əsas komandasında çıxış etməyə başlayıb və cəmi 1 rəsmi oyunda meydana çıxıb.