"Çelsi" və Braziliya millisinin üzvü Tiaqo Silva gələcək karyerasından danışıb.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı müdafiəçi 40 yaşına qədər oynamaq istədiyini bildirib:
"Hər şey cari mövsümdən asılıdır. Dünya Kubokunda nə baş verəcəyini görəcəyik... Həmçinin müqaviləmin yenilənməsi də vacib məsələdir. Lakin təsdiqləyə bilərəm ki, məqsədim 40 yaşıma qədər oynamaqdır, bəli".
Qeyd edək ki, Silvanın "zadəganlar"la müqaviləsinin müddəti 2023-cü ilin iyun ayında başa çatır.