"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne "Liverpul"un sabiq kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı oyunçu sözügedən uğura "Vulverhempton"u (3:0) məğlub etdikləri 7-ci tur oyununda nail olub.
Belçikalı yarımmüdafiəçi oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu Premyer Liqada assistlərin sayını 92-ə çatdırıb.
Stiven Cerrard 504, Kevin de Brüyne isə 287 görüşdə analoji göstəriciyə çatıb.
Qeyd edək ki, Kevin de Brüyne 2015-ci ildən "şəhərlilər"də çıxış edir.