İngiltərə yığmasının keçmiş qapıçısı Ben Foster karyerasını başa vurub.
Offsudeplus.az xəbər verir ki, bu barədə məlumatı Foster özü verib. O, futbolçu karyerasını 39 yaşında bitirib.
Onun son klubu ötən mövsüm Premyer Liqanı tərk edən “Uotford” olub.
Qeyd edək ki, Foster karyerası ərzində “Stok Siti”, “Mançester Yunayted”, “Birmingem və “Vest Bromviç”də də çıxış edib. O, Premyer Liqada hamıdan çox – 34 min 959 dəqiqə keçirməklə rekordçudur.