Loris Kariusun yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı qolkiper azad agent olaraq İngiltərə Premyer Liqası klubu "Nyu Kasl"la anlaşıb. Sözləşmənin müddəti 2023-cü ilə qədərdir. Müqavilənin şərtinə əsasən, müddət 2023-cü ilin yayına qədər uzadıla bilər.

Qeyd edək ki, Karius iyun ayında müqaviləsinin müddətinin başa çatması ilə "Liverpul"la vidalaşıb. 2016-cı ildən "Liverpul"un formasını geyinən qapıçı ötən mövsüm icarə əsasında "Yunion" (Berlin) komandasında çıxış edib.