Braziliya əsilli ispaniyalı hücumçu Dieqo Kosta azad agent kimi “Vulverhempton”a keçib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı oyunçu ilə 1 illik sözləşmə imzalanıb. O, mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində çıxış edəcək. 

Forvard yeni komandasında 29 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Kosta daha öncə İngiltərə Premyer Liqasında oynayıb. Təcrübəli futbolçu 2014-2017-ci illərdə "Çelsi"də çıxış edib. O, son olaraq Braziliyanın “Atletiko Mineyro” klubunun formasını geyinib.