“Tottenhem”in və PSJ-nin keçmiş müdafiəçisi Serj Orye “Nottingem Forest”ə keçib.

Offsideplus.az xəbər verir ki, Orye yeni klubuna azad agent kimi qoşulub.

O, yay transfer dövründə “Nottingem Forest”in sayca 22-ci transferidir. 

Ötən mövsüm Orye “Vilyarreal”ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə edə bilib.