"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Brayton"un baş məşqçisi Qrem Potter "zadəganlar"ın sükanı arxasına keçəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Tezliklə müqavilənin bağlanacağı və rəsmi açıqlamanın ediləcəyi gözlənilir.

Qeyd edək ki, "Çelsi" dünən Tomas Tuxellə yollarını ayırıb.