"Çelsi" baş məçqçisi Tomas Tuxellə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi təyin olunana kimi hazırkı məşqçilər korpusu komandanın sükanı arxasına keçib.
Qeyd edək ki, "Çelsi" dünən ÇL-nin qrup mərhələsinin ilk turunda "Dinamo"ya 0:1 hesabıyla məğlub olub.