"Çelsi" "Yuventus"un futbolçusu Denis Zakariyanı heyətinə qatıb. 

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi cari mövsümü icarə əsasında "zadəganlar"da keçirəcək. "Çelsi" sonradan 30 milyon funt-sterlinq ödəyib futbolçunu birbaşa transfer edə bilər.

Qeyd edək ki, Zakariya 2022-ci ilin yanvar ayında "Borussiya"dan (Mönhenqladbax) "Yuventus"a transfer olunub.