Uesli Fofananı "Çelsi"yə satan "Lester" klubu müdafiə xəttini yeni futbolçuyla gücləndirib.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu Fransa "Reyms"indən Vout Faesi transfer edib. 

Belçikalı futbolçu ilə 2027-ci ilin yayına kimi sözləşmə imzalanıb. "Lester" 24 yaşlı müdafiəçi üçün Fransa klubuna 17 milyon avro ödəyəcək.