"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanqın "Çelsi"yə keçidi baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, bir müddət öncə evinə 4 oğru daxil olan qabonlu oyunçu quldur dəstəsi tərəfindən hücuma məruz qalmış və bunun nəticəsində çənəsi sınmışdı. Məhz bu səbəbdən London təmsilçisi forvardın transferinə şübhə ilə yanaşır. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Xəbərə görə, 33 yaşlı oyunçunun bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, quldur dəstəsi Obameyanqın evinə daxil olaraq, futbolçunu yaralamış, həyat yoldaşını isə hədələyərək seyfi açdırıb, zinət əşyaların götürərək maşınla hadisə yerindən qaçmışdılar.
Qeyd edək ki, Kataloniya klubu hücumçunun transferindən 20 milyon avro gəlir əldə edib, maaş büdcəsini azaltmağı planlaşdırırdı.