2021-ci ilin iyulundan "Bornmut"un baş məşçisi olan Skott Parker istefaya göndərilib.
Offsideplus.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
S.Parkerin komandası Premyer Liqanın IV turunda "Liverpul"la səfər matçında 0:9 hesabı ilə məğlub olmuşdu.