"Mançester Yunayted" futbolçusu Hannibal Mejbrini icarəyə göndərib. 

Offsideplus.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi cari mövsümü icarə əsasında "Birminqem"də keçirəcək. Müqavilədə birbaşa satın alma şərti yoxdur. 

Tunis millisinin üzvü müqaviləsinin müddətini uzatmaq barədə "Mançester Yunayted"lə danışıqlar aparır.

Qeyd edək ki, Hannibal 2019-cu ildən "qırmızı şeytanlar"ın formasını geyinir.