"Tottenhem" futbolçusu Harri Keyn ilə müqavilənin müddətini uzatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Antonio Konte də 29 yaşlı hücumçudan razıdır:
"Klubdakı hamının istəyi budur ki, Keyn "Tottenhem"də qalıb, yeni müqavilə bağlasın".
Harri Keynin də klubun bu mövsümkü layihəsindən və baş məşqçi Kontedən məmnun olduğu bildirilir.
Qeyd edək ki, ingiltərəli futbolçunun London təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi var.