"Çelsi" klubunun zədəli futbolçusu Nqolo Kantenin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə komandanın baş məşqçisi Tomas Tuhel məlumat verib.
Xatırladaq ki, Kante Premyer Liqanın 2-ci turunda "Tottenhem"lə oyunda (2:2) sıradan çıxıb.