Harri Maquayr "Mançester Yunayted"i tərk etməyəcək.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi üçün "Çelsi" və "qırmızı şeytanlar" arasında heç bir danışıq baş tutmayıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Zadəganlar"ın əsas hədəfi Uesli Fofananın transferidir.
Maquayr "Mançester Yunayted"də qalıb, mövqeyi uğrunda digər futbolçularla mübarizə aparmalı olacaq.
Qeyd edək ki, Harri 2019-cu ildən "Mançester Yunayted"in formasını geyinir.