"Everton"un baş məşqçisi Frank Lampard Dele Allinin "Beşiktaş"a mümkün transferindən söz açıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçunun "qartallar"a keçməyə yaxın olduğunu açıqlayıb:
"Dele Alli "Beşiktaş"a transfer olmaq üzrədir. Hələ ki, tam gerçəkləşməyib, lakin an məsələsidir".
Qeyd edək ki, Allinin yaxın günlərdə İstanbula gəlib tibbi müayinədən keçməsi və yaxın zamanda müqavilə imzalamağı gözlənilir. "Beşiktaş" ingiltərəli futbolçunu birbaşa satın alma şərti ilə icarəyəyə götürməyi planlaşdırır.