"Çelsi" heyətini yeni hücumçu ilə gücləndirir.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi uzun müddətdir heyətinə qatmaq istədiyi "Barselona"nın futbolçusu Pyer-Emerik Obameyanqın transferini tamamlamaq üzrədir. Mənbəyə görə, "zadəganlar" qabonlu forvard üçün 22+5 milyon avro ödəyəcək. 

Transferin yaxın saatlarda rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, 33 yaşlı oyunçu 2021/22 mövsümünün 2-ci yarısında transfer olduğu Kataloniya təmsilçisində indiyə qədər bütün turnirlərdə 24 oyuna çıxıb, 13 qol vurub və 1asisst edib.