İngiltərənin “Lester” klubu aparıcı futbolçusu Ceymi Vardi ilə müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2024-cü ilin iyununa qədər nəzərdə tutulub. 

İngilis futbolçu “Lester”də 2012-ci ildən çıxış edir. O, bu komandada ümumilikdə 388 oyuna vurduğu 164 qolla ən yaxşı bombardirdir.