"Çelsi" klubu Tomas Tuxellə müqavilənin müddətini uzatmaq istəyir.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, Todd Boli uzun müddət almaniyalı mütəxəssislə yollarına davam etməyi planlaşdırır. Klub rəhbərliyi baş məşqçi ilə müqavilənin müddətini 2026-cı ilədək artırmağı düşünür.
Klub və Tuxel arasında danışıqlar davam edir.
Qeyd edək ki, 2021-ci ildən komandanın başına keçən Tomas Tuxellə hazırkı anlaşma 2024-cü ilə qədərdir.