İngiltərənin "Brentford" klubu müdafiəçi Matias Zanka ilə yeni sözləşmə imzalayıb.

 Offsideplus.az xəbər verir ki, danimarkalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Bu barədə Premyer Liqa təmsilçisinin saytı məlumat yayıb. 

Xatırladaq ki, 32 yaşlı oyunçu 2021-ci ildə "Fənərbağça"dan ayrılaraq "Brentford"a keçmişdi.

Qeyd edək ki, Zanka zədə səbəbindən ötən mövsüm cəmi 10 oyunda meydanda olub. O, 2008-ci ildən çıxış etdiyi Danimarka millisində isə 35 matça çıxıb.