"Vulverhempton" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sportinq"in  (Lissabon) yarımmüdafiəçisi Matheus Nunesi transfer edib. 23 yaşlı oyunçu ilə 4+1 illik müqavilə imzalanıb. Transferin maliyyə detalları haqda məlumat verilməsə də, bu transferin klub tarixində rekord məbləğli keçid olduğu bildirilib.

İngiltərə mətbuatında çıxan xəbərlərə görə Portuqaliya millisinin üzvü üçün Lissabon təmsilçisinə 50 milyon avro ödəniləcək. 

Qeyd edək ki, Matheus Nunes "Sportinq"ə 2019-cu ildə 950 min avro qarşılığında "Eştoril"dən transfer olunmuşdu. O, ötən mövsüm Lissabon klubu ilə bütün turnirlərdə 50 matç keçirib, 4 qol və 5 asisstlə yadda qalıb.