"Tottenhem"in futbolçusu Harri Keyn Serxio Aqueronun rekorduna şərik olub.
Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin forvardı buna Premyer Liqanın 2-ci turunda səfərdə "Çelsi" ilə keçirilən (2:2) görüşdə qol vurmaqla nail olub. Komandasını məğlubiyyətdən xilas edən oyunçu çempionatda qollarının sayını 184-ə çatdırıb.
Qeyd edək ki, bu göstərici İPL-da eyni komandada oynayan futbolçunun ən çox qol rekordunun təkrarıdır. Daha əvvəl Serxio Aquero 2011-2021-ci illərdə çıxış etdiyi "Mançester Siti"də eyni sayda fərqlənmişdi. Karyersını bitirən argentinalı forvard 184 qolu 275 matçda vurubsa, Keyn isə bunu 281 görüşdə reallaşdırıb.