"Barselona" klubunun qabonlu hücumçusu Pyer-Emerik Obameyanq karyerasını yenidən ingiltərədə davam etdirə bilər.

Offsideplus.az dünyaca məşhur insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, 33 yaşlı forvard "Çelsi"yə keçməyə yaxındır.

Məlumata görə, London təmsilçisinin nümayəndələri onun mümkün transferi ilə bağlı "Barselona" ilə danışıqlar aparır. Obameyanqın komandanı dəyişmək fikrində olmadığı, lakin "Çelsi"nin yeni təkliflə futbolçunu razı salmağa ümid etdiyi bildirilir.

 Obameyanq 2022-ci ilin yanvarında "Arsenal"ı azad agent kimi tərk edərək "Barselona"ya keçib.