"Çelsi" "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməyə yaxındır.
Offsideplus.az "Sport" nəşrinə istinadən xəbər verir ki, niderlandlı futbolçunun keçidi ilə bağlı London klubu Kataloniya təmsilçisi ilə anlaşıb. Xəbərə görə, "zadəganlar" 25 yaşlı oyunçu üçün qarşı tərəflə 80 milyon avro qarşılığında razılaşıb.
Frenk de Yonq isə "Barselona"dan ayrılmaq istəmir.