"Çelsi" Malanq Sarrı icarəyə göndərib.
Offsideplus.az xəbər verir ki, Fransanın "Monako" klubu 23 yaşlı müdafiəçini icarə əsasında heyətinə qatıb. Liqa 1 təmsilçisi Fransa millisinin üzvünü 15 milyon avroya birbaşa transfer edə biləcək.
Futbolçu bu gün tibbi müayinədən keçib, qısa müddətdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Çelsi" Sarrı 2020-ci ildə "Nitsa"dan transfer edib.