"Çelsi" "Lester"in futbolçusu Uesli Fofananı heyətinə qatmaqda qərarlıdır.
Offsideplus.az "football.london"a istinadən xəbər verir ki, "zadəganlar" 21 yaşlı müdafiəçi üçün dünya rekordunu qıracaq məbləğ təklif etməyə hazırdır. "Çelsi" iki təklif göndərsə də, "tülkülər" futbolçunu satmaqdan imtina edib.
Qeyd edək ki, ən bahalı müdafiəçi transferi 2019-cu ildə Harri Maquayrın 80 milyon funt sterlinqə "Lester"dən "Mançester Yunayted"ə keçməsi olub.
Bizi Teleqramda izləyin!