"Çelsi" "Lester"in müdafiəçisi Vesle Fofanı heyətinə qatmağa çalışır.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi bu məqsədlə fransalı oyunçu üçün "tülkülər"ə 70 milyon funt-sterlinq təklif edib. Bu barədə "Sky Sports" məlumat yayıb. Lakin qarşı tərəf bu təklifi qəbul etməyib. Xəbərə görə "Lester"in baş məşqçisi Brendon Rocers Fofanın "satıl"masında yox, komandada qalmasında maraqlıdır. Mənbədə o da qeyd olunur ki, "zadəganlar" fransalı üçün yeni bir təklif hazırlayır.
Qeyd edək ki, 21 yaşlı futbolçu "Lester"ə 2020-ci ilin oktyabrında Fransanın "Sent-Etyen" klubundan keçib.