Yeni mövsümdə İngiltərə Premyer Liqasında oynayacaq "Bornmut" futbolçusu Dominik Solankenin müqavilə müddətini uzadıb.
Offsideplus.az klubun saytına istinadən xəbər veri ki, 24 yaşlı oyunçu ilə imzalanan yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, D.Solanke karyerası ərzində "Çelsi", "Liverpul", "Vitess" kimi klublarda çıxış edib. O, geridə qalan mövsüm komanda ilə Çempionşipdə 48 oyunda meydanda olub, 30 qol və 7 asisstlə yadda qalıb.