"Çelsi" "Barselona"nın 3 futbolçusunu heyətinə qatmaq istəyir.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, Tomas Tuxel bu mövsüm komandası üçün yeni oyunçu axtarışındadır. "Zadəganlar" Kataloniya təmsilçisinin 3 futbolçusuna elçi düşüb: Pyer-Emerik Obameyanq, Memfis Depay və Frenki De Yonq.

Obameyanqın "Çelsi"yə keçidə müsbət yanaşdığı və karyerasını Premyer Liqada davam etdirməyə həvəsli olduğu bildirilir.