İngiltərənin "Bornmut" klubu "Barselona"nın qolkiperini heyətinə qatmağa yaxındır.

 Offsideplus.az idman jurnalisti Fabritsio Romanoya istinadən xəbər verir ki, Neto qısa müddətdə transferi başa vurmaq üçün "Din Kort stadionu"na yollanacaq. 33 yaşlı qapıçı tibbi müayinədən keçəndən sonra "Bornmut"la müqavilə bağlayacaq.

Qeyd edək ki, Neto 2019-cu ildən "Barselona"da çıxış edir.