"Mançester Yunayted" klubunun futbolusu Antoni Marsial zədələnib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu zədə səbəbindən mövsümün startını buraxacaq. O, Premyer Liqanın 1-ci turunda avqustun 7-də keçiriləcək "Brayton"la oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Marisal "Mançester Yunayted" in mövsümöncəsi 5 yoldaşlıq oyununda 3 qol vurub və 2 qolun ötürməsini verib.