"Mançester Siti" müdafiə xəttini gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Leypsiq"in futbolçusu Yoşko Qvardiolu transfer etmək istəyir. Klub 20 yaşlı oyunçu üçün qarşı tərəfə 80 milyon avro təklif edib. Bu barədə "Bild" nəşri məlumat yayıb. Lakin Bundesliqa təmsilçisi bununla razılaşmayıb, ingilislərin istəyini geri çevirib.
Qeyd edək ki, Y.Qvardiol geridə qalan mövsüm "Leypsiq"in heyətində bütün turnirlərdə 46 oyunda meydanda olub, 2 qol və 3 asisstlə yadda qalıb. O, 2021-ci ildən çağrıldığı Xorvatiya millisiylə isə 8 matçda iştirak edib.