"Liverpul" portuqaliyalı cinah hücumçusu Dieqo Jotanın müqaviləsinin müddətini uzadıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı oyunçu ilə 2027-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, Dieqo Jota 2020-ci ilin yayında 45 milyon avro qarşılığında "Vulverhempton"dan "Liverpul"a transfer olunub. O, klubla indiyə qədər bütün turnirlərdə 85 oyunda 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.