"İctimai TV" növbəti mövsümdə də İngiltərə Premyer Liqasının oyunlarını canlı yayımda futbolsevərlərə təqdim edəcək.

 Bu barədə məlumat televiziyanın rəsmi feysbuk səhifəsində paylaşılıb.

İTV ötən mövsüm Premyer Liqada turun iki ən maraqlı görüşünü mavi ekranlara daşıyırdı.

Bəs görəsən, bu dəfə oyunların yayım sayında artım olacaqmı?

Sualımızı televiziyanın İdman Departamentinin rəhbəri Kənan Hakimov cavablandırdı. Onun sözlərinə görə, bu il də eyni proqram davam edəcək. Yəni, yenə də turun iki ən maraqlı matçı azarkeşlərə təqdim olunacaq.

Daşqın Əziz