“Tottenhem” klubu müdafiəçisi Ben Devis ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2024/25 mövsümünün sonunadək London klubunun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsi gələn ilin yayında başa çatacaqdı. 

Qeyd edək ki, Ben Devis 2014-cü ildən “Tottenhem”də çıxış edir.