"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyuson yenidən kluba qayıdır.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun baş direktoru Riçard Arnoldun müşaviri olacaq. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Ferqyusona bu işdə “qırmızı şeytanlar”ın keçmiş kapitanı Brayan Robson, klubun sabiq idman direktoru Con Murtou və keçmiş icraçı direktor Devid Gill kömək edəcəklər.
Qeyd edək ki, şotlandiyalı çalışdırıcı 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub.