"Arsenal" futbolçusu Nuno Tavareşin keçidi ilə bağlı "Olimpik"lə (Marsel) anlaşıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Xəbərə görə, London təmsilçisinin portuqaliyalı cinah müdafiəçisi qarşıdakı mövsüm icarə əsasında Marsel klubunda çıxış edəcək. 22 yaşlı oyunçu ilə bu gün müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Nuno Tavareş "Arsenal"a 2021-ci ilin yayında "Benfika"dan transfer olunmuşdu. O, geridə qalan mövsüm "topçular"ın heyətində bütün turnirlərdə 28 oyunda iş başında olub, 1 qol və 2 qol ötürməsiylə fərqlənib.