PSJ klubunun yarımmüdafiəçisi İdrissa Qeye “Everton”a keçə bilər.

Offsideplus.az xəbər verir ki, Liverpul təmsilçisi 32 yaşlı seneqallının transferi ilə bağlı danışıqların ilkin mərhələsindədir. Lakin parislilər futbolçunu tez bir zamanda satmaq istəyir.

Qeye 2016-2019-cu illərdə “Everton”da oynayıb, sonra PSJ-yə keçib.