"Mançester Yunayted"in yeni transferi Kristian Eriksenin klubda hansı forma nömrəsi altında çıxış edəcəyi müəyyənləşib.

Offsideplus.az  xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb. Danimarkalı futbolçu "14" nömrə ilə çıxış edəcək.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi Mançester təmsilçisi ilə 3 illik sözləşmə imzalayıb. O, yeni klubuna azad agent kimi transfer olunub.

FYwAqBhWAAEeF6B