"Mançester Yunayted" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Mançester təmsilçisi Avstriyanın "Zaltsburq" klubunun futbolçusu Benyamin Şeşkonu transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Xəbərə görə, bu keçid baş tutarsa, "qırmızı şeytanlar" sloveniyalı oyunçu üçün 55 milyon avro ödəməli olacaq. Avstriya klubu 19 yaşlı futbolçunu ucuz qiymətə buraxmaq istəmir.
Qeyd edək ki, Sloveniya millisinin də üzvü olan forvardı "Bayern Münhen", "Borussiya" (Dortmund) və "Nyukasl Yunayted" kimi klublar da heyətində görmək istəyir.