"Mançester Yunayted”dən ayrılan Cessi Linqardın yeni ünvanı bəlli olub.
Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçu karyerasını "Nottingem Forest”də davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusunda olan yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın yetirməsi olan 29 yaşlı futbolçu komandanın heyətində 232 oyunda 35 qolla yadda qalıb. Cessi Linqard İngiltərə millisində isə 32 matç keçirib.