Riyad Mahrez "Mançester Siti" klubu ilə yeni müqavilə imzalayıb .

Offsideplus.az xəbər verir ki, 31 yaşlı oyunçu ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, əlcəzairli yarımmüdafiəçi 2018-ci ildə "Lester"dən "Mançester Siti"yə keçib. Bu müddət ərzində o, klubda 189 oyuna çıxıb, 63 qol vurub və 45 qolun ötürməsini verib.